Summary: The exploration of psychological drama in Azerbaijan cinema using the films as examples assumes socio – historical importance. This exploration confirmed that the movement reflected the socio-historical environment of the time psychological drama, the documentary equivalent of democracy becomes existence of the free mind.
Key words: free mind, plot (story), structural, social problem.
Huseyn Javadzade
Graduate student
Azerbaijan State University of Culture and Arts
Гусейн Джавадзаде
Аспирант
Азербайджанский Государственный Университет
Культуры и Искусств
Hüseyn Cavadzadə
Aspirant
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
THE FORMATION OF SCREEN SPACE IN AZERBAIJAN
ФОРМИРОВАНИЕ ЭКРАННОГО ПРОСТРАНСТВА В АЗЕРБАЙДЖАНЕ
AZƏRBAYCANDA EKRAN MƏKANININ TƏŞƏKKÜLÜ
Summary: The exploration of psychological drama in Azerbaijan cinema using the films as examples assumes socio – historical importance. This exploration confirmed that the movement reflected the socio-historical environment of the time psychological drama, the documentary equivalent of democracy becomes existence of the free mind.
Key words: free mind, plot (story), structural, social problem.
Mücərrəd: Azərbaycan filmlərinin timsalında kinonun psixoloji dram janrına yönəlməsinin araşdırılması sosial tarixi əhəmiyyət kəsb edir. Beləki dövrün diktəsinə çevrilən cərəyanların sosial tarixi mühütün güzgüsünə çevrilməsi artıq təsdiqini tapmışdır. Demokratiya və bazar iqtisadiyyatının sənət ekvalenti sayılan psixoloji dram janrının azərbaycan kino mühütündə özünü təsdiqləməsi azad fikrin mövcudluğuna çevrilir.
Açar sözlər: azad fikir, fabula, struktur, sosial problem.
Zamanın hər bir konkret tarixi kəsiyinin ekran modeli həyat axını dinamikasının əsəridir, əlində kamera tutmuş insanın bu axını görmə və dərk etmə üsuludur və mütləq şərt kimi, tamaşaçını psixoloji və ideoloji cəhətdən məqsədləndirməsidir. R.Bart ədəbiyyat tarixçilərinə xitabən yazırdı: “Gəlin əsəri bir sənəd, hansısa fəaliyyətin izlərindən biri kimi araşdıraq və hal-hazırda fikrimizi bu fəaliyyətin yalnız kollektiv aspekti üzərində cəmləşdirək, bir sözlə, ədəbiyyatın tarixi deyil, tarixin ədəbiyyat funksiyasının nə olduğu barədə düşünək” Bu sözlərlə razılaşmamaq olmaz. Zaman ekranda lentə alınmış hadisələrlə deyil, daha çox müasir səlnaməçilərin bu hədisləri görmə və qavrama üsulları vasitəsilə həkk olunur. İri planların, rakursların, mühit konteksində insan təsviri üsullarının, kadrdaxili və kadrlararası mətnlərin təşkili prinsiplərinin, janr quruluşunun və sairələrin önəmli olduğu duyğusal kinematoqrafiya modelləri vasitəsilə gələcək nəsillər müasirimizin zəmanə həyacanına qoşulurlar.
Ekran məkanında 3 element ayrılmazdır-kamera qarşısındakı reallığın fiksə edilməsi imkanı, müəllif münasibətlərinin subyektivliyi və nəhayət, bu qarşılıqlı əlaqələrin nəticəsi kimi kadrda təqdim olunan reallığın obrazı. “Obyekt”, “subyekt” və “ekran obrazı” arasındakı münaqişə nəinki filmin yaradıcılıq prosesini asanlaşdırmağa, həm də filmin yaradıcıları tərəfindən həqiqətin, reallığın mahiyyətinin daha aydın başa düşülməsinə imkan verir.
Dziqa Vertovun XX əsrin 20-ci illərinin film yaradıcılıqlarına ünvanlanan çağırışinın əsasında “həyata uyğunlaşdırılmış” saxtalığı deyil, “həyatı olduğu kimi”, inqilab nəticəsində oyanmış həqiqi dünyanı ekranda göstərmək təşəbbüsü dururdu. Bu tarixi reallıqda və kinomotoqrafiya təcrübəsində məntiqli surətdə həyata keçirilən inqilabi bir nöqteyi nəzər idi. Amma Vertovun çağırışı bir çox tənqidçiləri çaşdırdı. Onun çağırışını hərfi mənada qəbul etdilər. “Həyatı olduğu kimi” (və ya “həyata müdaxilə”) tezisi onu canlı, tarixən sərtləndirilmiş, tam mənada bədii mövqe kimi qəbul edənlərin yox, bu tezisi abstrakt, texnoloji formul səviyyəsinə qaldıranların səyi ilə tənqiddə öz yerini möhkəmləndirirdi. Vertov sənədli folm yaradıcılığının funksiyasını qeydiyyatçı kimi deyil, ideoloq kimi qiymətləndirirdi. Hesab edirdi ki, həmin ideoloq “həyatı kommunist yönümündən izah etməyə çalışmalıdır”. Kommunist yönümübdən izah deyəndə, o, qardaşlıq, dostluq, haqq-ədalət ideyalarını nəzərdə tuturdu. Bəzi tədqiqatşıların fikirincə, təsvirin gerçəkliyi Vertov tərəfində ideokoji silaha çevrildi.
Məkanın izlənməsu metodu ilə televiziya ekranında saysız-hesabsız müşahidə filmləri yaranıb. Bu metodla işləyən kamera əslində hər hansı “qaynar” həyatdan, hay-küydən uzaq olmalıdır. “Bu metod ilk baxışda hiss olunmayan daxili bir riymin hesabına fəaliyyət göstərə bilər. Məkan müşahidəsi ən yeknəsək həyat kəsiyində belə daxili müvazinət və həyat işartısı tapmaq iqtıdarındadır. Belə passiv məkan mənzərələri düşüncə tərzini kainatın əbədi axarına qoşa bilir”.
Çoxsaylı elmi ədəbiyyatlarda göstərildiyi kimi keçmiş sovet məkanında televiziya publikasının təşəkkülü və formalaşması keçən əsrin 60-cı illərindən başlayır. Bütün əyalət TV-ləri mərkəzi televiziyanı təkrarladığından bu illəri Azərbaycan televiziyasında ən publisistik verilişlərin meydana gəlməsi dövrü kimi qəbul etmək olar. Sovet telepublikasından bəhs edən tədqiqtların demək olar ki, hamısında qeyd və şərh olunan-Sov.İKP MK-nin “Sovet televiziyasını daha da inkişaf etdirmək haqqında” 29 yanvar 1960-cı il qərarının təsiri ilə sosialist imperiyasında televiziyanın nəinki texniki bazası, strukturu, idarəetmə sistemi təkmilləşdirildi, həmçinin forma və məzmunda müxtəlif publididtik biçimli verilişlər, yeni proqram tipləri yaradıldı. Beləliklə yarandığı gündən uzun müddət daha çox konsertlər, bədii filmlər, kinojurnallar əks etdirərək “ev kinosu” kimi qəbul edilən televiziya kinödan fərqləndiyini sübut etdi. Məhz həmin 60-cı il qərarından sonra Mərkəzi televiziya ilə yanaşı, Azərbaycan televiziyasında da ”Xəbərlər” bülletenləri, bədii-publisistik və ictimai - siyasi verilişlərin sayı gündən-günə çoxaldı. Televiziyada ictimai-siyasi informasiya yayımların formalaşması və proqramlarda daimi olaraq öz yerini tutması ilə “bu qüdrətli texniki kanala münasibət də kökündən dəyişdi, başqa sözlə, TV “ev kinosu” olmaqdan çıxdı və gerçək həyatın (...) konkret və sənədli obrazını yaratmaq yoluna qədəm qoydu”. Mərkəzi televiziya ilə yayımlanan publisistik, sənədli proqramlar Azərbaycan televiziyasında bir çox verilişlərin ərsəyə gəlməsinə imkan verdi. Bu cür təsvir qüvvəsinə maik proqramların birincisi və başlıcası 1961-ci ilin dekabırında efirə çıxan “Yeniliklər estafeti” idi ki, elmi işlərdə onun haqqında tədqiqatçıların müsbət, yüksək qiymətləndirmələrinə rast gəlirik. “Canlı veriliş”lərin qanun-qaydasından kənara çıxmayan, həftənin ən mühüm hadisələri barədə dolğun təəssürat oyadan bu informativ-publisistik proqram 20 il davam etdi və onun təsiri ilə Mərkəzi TV-nin özündə də silsilə publisistik proqramlar (“Kinopanorama”, “Mavi işıq”, “İgidlik”, “Musiqi köşkü” və s.) efirə yol tapdı.
“Estafet”in müvəffəqiyyəti yerli televiziya studiyalarının hazırladığı proqramlarda da öz əksini tapdı. 1960-70-ci illərdə Azərbaycan televiziyasının efirində “Günün ekranı”, “Odlar yurdu”, “Dostluq”, “Zaman və biz” kimi proqramlar yaradıldı, verilişlərin məzmunu, forması təkmilləşdirildi.
Telepublisistikanın inkişafında irəli atılan addımlardan biri də 1961-ci ilin yanvar ayından etibarən xəbərlər proqramının müntəzəm şəkildə efirə çıxması oldu (Azərbaycan televiziyası ilk xəbər buraxılışını 60-cı illərdə gerçəkləşdirə bildi). 1970-ci ildə “Xəbərlər” baş redaksiyası yaradıldı. Xəbərlər proqramının həcmi 1977-ci ildən iki dəfə artdı. Buna qədər informasiya süjetlərinin həcmi cəmi 10-15 dəqiqəlik olurdu. Onu da qeyd edək ki, təqdim olunan operativ informasiyaların böyük qismi təbliğat materiallarlndan ibarət olduğundan hadisəlilikdən uzaq idi. Təsvirin olduqca azlıq təşkil etməsi efirdə radio estetikasını yaradırdı. Radio estetikasının hökmranlığının nəticəsi olaraq sözün təsviri əlavəyə çevrilməsi bu günkü informasiya proqramlarının bir qismində hələ də özünü göstərməkdədir.
Respublika televiziyasında telepublisistikanın inkişafına təsir göstərən mühüm struktur yeniliklərindən biri də 1968-ci ildə “Televiziya idarəsinin kino verilişləri redaksiyası təşkili oldu. 1960-1968-ci illərdə bu qurum “Bakı televiziya studiyasının redaksiyası”, 1968-73-cü illərdə isə “Ekran” Yaradıcılıq Birliyi adlandırıldı. 1973-cü ildən həmin bilik “Azərbaycantelefilm” YB-nə çevrildi. “...bu struktur 60-cı illərin ortalarından başlayaraq ekran publistikasının inkişafında, xronika filmləri vasitəsilə dövrün səlnaməsinin yaradılmasında və Azərbaycan mədəni irsinin, incəsənətin müxtəlif sahələrinə dair milli nailiyyətlərin lent yaddaşına köçürülməsində əhəmiyyətli rol oynadı. “Xəzərdə möcüzə”, “Bakı qalası”, “Üzeyir Hacıbəyov”, “Xalq nəğməkarı”, “Toğrul Nərimanbəyov”, “Dənizdə şüa” və başqa filmlər bunu sübut edirdi”. Nazim Abbasovun, M.Müşfiq, Ramiz Axundovun S.Bəhlulzadə, Arif Qazıyevin F.Əmirov, Q.Qarayev, Teymur Bəkirzadənin T.Salahov, Rauf Kazımovskinin B.Səfəroölu haqqındakı ekran əsərləri sovet dövründə Azərbaycanda çəkilən ən uğurlu portret telefilmlərdəndir.
Azərbaycanda televiziya kinematoqrafiyasının təməlini qoyan insanlar xatırlanan zaman ilk növbədə A.Babayev, K.Rüstəmbəyov, R.Kazımovski, H.Həsənov, H.Şıxəliyev, A.Çeçikov, S.Əliyev,İ.Kərimov,O.Qazıyev, E.İbrahimov kimi film ustaları yada düşür. Yarandığı andan 2008-ci ilə kimi “Azərbaycantelefilm”də 800 saatdan çox həcmdə telviziya filmi istehsal olunmuşdur. 1994-cü ildə bu günə kimi istehsal olunan sənədli telefilmlərin həcmi isə 350 saat təşkil edib. 2001-ci ilin oktyabr ayında fəaliyyətə başlayan “Azərbaycan redaksiyasında (“Lider TV”) isə indiyə qədər 510 sənədli televiziya filmi istehsal olunub”. ANS TV-də “Çəkdiklərimiz” adı altında təqdim olunan filmləri, eləcə də bəzi müstəqil fəakiyyət göstərən prodüsser mərkəzlərində istehsal edilən telefilimləri də bura əlavə etsək, kəmiyyət baxımından xeyli irəliyə getdiyimizi söyləyə bilərik. Çəkilən filmlərin keyfiyyətinə gəldikdə isə, bu ekran əsərlərinin çoxunun veriliş estetikası ilə çəkilməsi ötəri nəzərdən belə yayınmır (veriliş estetikası ilə çəkilməkləri bir tərəfə, dövlət təşkilatlarının sifarişləri əsasında yarandığından onların çoxunun müraciət etdiyi mövzular da tamaşaçılar üçün maraqlı olmur). Tamaşaçı üçün seyr etdiyinin film vəya veriliş olduğunu prinsipial deyilsə, peşəkarlar üçün bu çox önəmli məsələ olmalıdır. “Böyük nəsildən olan sənədli film ustaları təhqir olunmuş durumdadırlar, çünki televizorda göstərilən hər filmə “sənədli” adı verirlər. Həqiqətdə isə sənədli film adı ilə göstərilənlərin 70% bu və ya digər səviyyəli televiaiya verilişləridir”. “Azərbaycantelefilm” də istehsal olunan filmlərin bəzilərinin adları da, əslində onların film yox, veriliş olmasından xəbər verir: “Limon mürəbbəsi”,”Dağlı çörəyi” , “Bal arısı”,”Təndir mədəniyyəti və s.”
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT